GƏMİLƏRDƏ KÜLLİ MİQDARDA NARKOTİK AŞKARLANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ-ın hava-dəniz xidmətinin əməkdaşları Ərəbistan dənizində bortunda iri həcmdə narkotik olan iki ərəb gəmisini saxlamışlar. Gəminin birində "qara bazar"da dəyəri 1,5 milyon dollar olan 70 kiloqram metamfetamin, digərində isə 200 zərf təmiz heroin aşkar olunmuşdur. Faktlarla əlaqədar cinayət işi başlanmışdır. Belə böyük həcmdə narkotik vasitələrin daşınması faktının "Əl-Qaidə" terror təşkilatı ilə əlaqəsi olması ehtimalı vardır.
Bundan başqa, Fars körfəzində ABŞ-ın hüquq mühafizə orqanlarının əməkdaşları içərisində 2 ton həşiş aşkar olunmuş gəmini saxlamışlar. Həbs olunmuş 12 şəxsin Üsəma ben Ladenin təşkilatı ilə əlaqələrinin mövcudluğu istisna edilmir. Müsadirə edilmiş narkotik partiyasının dəyəri 8-10 milyon dollara bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]