Gənc arxeoloq magistrantların elmi tədqiqat təcrübəsi başlanıb
Bakı, 25 fevral, AZƏRTAC
Bu ilin fevralından AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda tarix ixtisasının arxeologiya və etnoqrafiya ixtisaslaşması üzrə magistr proqramına uyğun olaraq ikinci kurs magistrantların elmi tədqiqat təcrübəsi başlanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, magistrantlar Günay Bayramova və Nərmin Məmmədli elmi müəssisənin Təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri, arxeoloq Səfər Aşurovun rəhbərliyi ilə arxeoloji kameral tədqiqatların mahiyyəti və proseduru ilə tanış olurlar. S.Aşurov magistrantlara arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin bərpası, onların qrafik təsvirlərinin yaradılması, qazıntı sahəsinin təşkili və miqyaslı planının tərtibi və s. kameral tədqiqat bilikləri barədə məlumat verib.
Gənc alimlərin elmi tədqiqat təcrübəsi bir ay davam edəcək. Sonrakı bir ay müddətində isə magistrantlar elmi-pedaqoji təcrübə keçəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:42]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [17:48]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:32]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [17:31]