Gənc Tamaşaçılar Teatrı məktəblilərin payız tətili günləri üçün tamaşalar hazırlayıb
Bakı, 10 noyabr, AZƏRTAC
Məktəblilərin payız tətili günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı maraqlı tamaşalar nümayiş etdirəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məktəblilərə xarici və yerli rejissorların quruluşunda müxtəlif janr və mövzuları əhatə edən tamaşalar göstəriləcək. Noyabrın 15-də saat 12:00, 14:00, 16:00-da C.Rodarinin “Çippolino”, noyabrın 17 və 18-də saat 12:00, 14:00, 16:00-da C.Sviftin “Qulliver Cırtdanlar ölkəsində”, noyabrın 19-da saat 12:00, 14:00, 16:00-da “Məlikməmməd”, noyabrın 20-də saat 12:00 və 14:00-da isə M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan” tamaşaları nümayiş olunacaq.
Tamaşalarda teatrın istedadlı aktyorları - Əməkdar artistlər Şövqi Hüseynov, Vahid Əliyev, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nübar Novruzova, Qurban İsmayılov, aktyorlar Elnur Kərimov, Mehriban Hüseynova, Elşən Hacıbabayev, Natiq Fərzəliyev, Məsumə Babayeva, Ramil Məmmədov və başqaları rol alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]