GƏNCƏ CÜDOÇULARI RESPUBLİKA BİRİNCİLİYİNDƏN QƏLƏBƏ İLƏ QAYITMIŞLAR
Gəncə, 6 yanvar (AZƏRTAC). Bakıda kişilər arasında keçirilən cüdo üzrə respublika birinciliyi Gəncə idmançıları üçün uğurlu olmuşdur.
Çempionatda 7 çəki dərəcəsində mübarizə aparan idmançılar arasında 73 kiloqram çəki dərəcəsində Araz Muxtarov ikinci, Ramil Qasımov isə üçüncü mükafata sahib olmuşlar.
Bu münasibətlə Gəncə Şəhər Uşaq-Gənclər İdman Məktəbində görüş keçirilmişdir. Görüşdə çıxış edənlər bu məktəbin yetirməsi olan idmançıları təbrik etmiş, onlara daha mötəbər yarışlarda uğurlar qazanaraq Azərbaycanın idman şərəfini layiqincə doğrultmağı arzulamışlar.
Axırda hər iki idmançıya xatirə hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]