GƏNCƏDƏ GƏNCLƏRİN MƏŞĞULLUQ RESURS MƏRKƏZİ YARADILIR
Gəncə, 7 yanvar (AZƏRTAC). Gəncədə “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə Gənclərin Məşğulluq Resurs Mərkəzi yaradılır.
Əsasən müxtəlif təcrübə proqramlarını təşkil etmək, iş tapmaqda gənclərə yardımçı olmaq, onların sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, habelə müxtəlif kurslarda peşə ixtisaslarına yiyələnmələrini təmin etmək məqsədi ilə yaradılan mərkəz ilkin mərhələdə 2 il fəaliyyət göstərəcəkdir.
Bu müddət ərzində gənclər peşə-sənət kurslarında ödəniş olmadan kosmetologiya, tikiş, kompyuterlərə proqram təminatı və digər peşələrə yiyələnəcəklər. Kursları müvəffəqiyyətlə bitirən və biznes qurmaq istəyən məzunlara lazımi köməkliyin göstərilməsi üçün mərkəzdə xüsusi işçi qrupu da fəaliyyət göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]