Gəncədə “Qızlar futzal kuboku” turniri keçiriləcək
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 4-5-də Gəncədə 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçiriləcək.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Gəncədə Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin idman zalında keçiriləcək yarışda 12 məktəbdən 120 şagird iştirak edəcək.
Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 görüş, ertəsi gün isə play-off mərhələsinin qarşılaşmaları və final oyunu keçiriləcək.
UEFA-nın və AFFA-nın dəstəyi ilə təşkil olunan turnirdə komandalar top və idman gödəkcələri ilə təmin olunacaqlar.
İlk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim ediləcək.
Xatırladaq ki, “Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən, Lənkəran və Qaxda təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]