Gəncədə uşaq evinə hədiyyələr təqdim edilib
Bakı, 22 dekabr, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə AFFA və “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin əməkdaşları Gəncədəki uşaq evində aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, uşaq evinə baş çəkən tədbir iştirakçıları tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların bayramları təbrik edilib. Daha sonra onlara hər iki qurum adından toplar və idman geyimləri paylanılıb.
Qonaqlara dərin təşəkkürünü bildirən uşaq evinin kollektivi ilə sonda xatirə şəkli çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]