GƏNCƏNİN MƏRKƏZİ MEYDANINDA ŞAHMAT YARIŞI BAŞLANMIŞDIR
Gəncə, 20 iyul (AZƏRTAC). Gəncənin mərkəzi meydanında ilk dəfə olaraq kütləvi şahmat yarışı keçirilir.
Meydanda təsvir olunmuş nəhəng şahmat taxtasının fiqurları xaricdən gətirilmişdir. Hər axşam saat 18 radələrində başlayan yarışlara hər kəs qoşula bilər. Meydandakı fəvvarələr ətrafında dincələn hər bir gəncəli burada istədiyi şəxsi yarışa çağırıb öz gücünü nümayiş etdirə bilər.
Gənclər və idman baş idarəsindən bildirmişlər ki, əyləncə xarakteri daşıyan kütləvi şahmat yarışı bütün yay mövsümü davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]