GƏNCLƏR AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ HƏYATINDA FƏAL ROL OYNAYIRLAR
Sonra gənclərin 300 nümayəndəsi bayram tədbirinə toplaşmışdır. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov açmışdır. Çıxışlarda dövlət gənclər siyasətinin uğurlarından, ölkəmizin, o cümlədən Kürdəmirin ictimai-mədəni, sosial-iqtisadi həyatında fəal iştirakından, beynəlxalq tədbirlərdə, möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiklərindən iftixarla danışmışlar. Xüsusilə vurğulanmışdır ki, ulu öndərimiz Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri Prezident İlham Əliyev ətrafında sıx birləşərək, Vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışırlar. Vətənini sonsuz məhəbbətlə sevən Azərbaycan gəncliyi bu gün ordu quruculuğunda fəal iştirak etməklə, torpaqlarımızı düşməndən azad etmək üçün hər an döyüşə atılmaq əzimindədir.
Tədbirdə ötən il müxtəlif idman yarışlarında fərqlənən, əmək və təhsildə xüsusi bacarıq və istedad nümayiş etdirən bir qrup Gəncə rayon icra hakimiyyətinin qiymətli hədiyyələri verilmişdir.
Axırda bayram konserti olmuşdur.