Gənclər insan alverinə qarşı mübarizə mövzusunda məlumatlandırılıblar
Bakı, 19 yanvar, AZƏRTAC
Binəqədi Gənclər Evi “İnsan alverinə qarşı mübarizə” mövzusunda təlim təşkil edib.
Bu barədə AZƏRTAC-a Binəqədi Gənclər Evindən məlumat verilib.
Bildirilib ki, təlimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin sosial işçisi Günel Əfəndiyeva aparıb.
Təlim insan alveri, onun növləri və üsulları, insan alveri qurbanlarına sosial yardım, qurbanların reabilitasiya və reinteqrasiyası, insan alverinə qarşı mübarizədə erkən identifikasiyanın rolu kimi mövzuları əhatə edib. Görüş zamanı gənclər tərəfindən ünvanlanan suallar ətraflı şəkildə cavablandırılıb.