Gənclər və idman naziri Birləşmiş Ərəb Əmirliklərinin Şahmat Federasiyasının rəsmisi ilə görüşüb
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov “Baku Crystal Hall”da Birləşmiş Ərəb Əmirliklərinin Şahmat Federasiyasının rəsmisi Rəşid Musabah Bin Keşaiş ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonaq Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Həm qonaqlar, həm də iştirakçılar üçün hər cür şəraitin yaradıldığını bildirən Rəşid Musabah Bin Keşaiş Bakıda olmaqdan məmnunluğunu diqqətə çatdırıb.
Qeyd edək ki, sentyabrın 11-də Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyasının növbəti iclası işə başlayacaq. Tədbirdə dünyanın 183 ölkəsinin şahmat federasiyalarının rəsmiləri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]