ELM VƏ TƏHSİL
Gənclər və idman naziri Fərid Qayıbov gəncləri “Yüksəliş” müsabiqəsinə səsləyib VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi martın 31-dək davam edir.
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov gənclərə “Yüksəliş” müsabiqəsi ilə bağlı müraciət edib: “Bu müsabiqənin əsas məqsədi potensiallı kadrların aşkarlanması, dəstəklənməsidir. Müsabiqə bir neçə mərhələdən ibarətdir. Bu mərhələlər həm maraqlı, həm də həyəcanvericidir. Bütün bu amillər bizim iştirakçılara idarəetmə alətləri, yeni biliklər, yeni əlaqələr qazandırır. Bütün bunlar gözəl fürsətdir. Hamınızı bu müsabiqədə iştiraka dəvət edirəm”. Nazir xüsusi olaraq gəncləri və idmançıları müsabiqədə aktiv olmağa çağırıb.
Xatırladaq ki, fevralın 17-dən etibarən ikinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. 21-51 yaş arasında olan, ali təhsilli, azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitəsilə həyata keçirilir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.