Gender bərabərliyi sosial mövzu olduğu üçün geniş müzakirə edilməlidir
Bakı, 19 dekabr, AZƏRTAC
Gender bərabərliyi sosial mövzu olduğu üçün geniş müzakirə edilməli və sosial araşdırma aparılmalıdır. Maarifləndirmə məqsədilə təlimlərin keçirilməsi çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Gender bərabərliyi və idarəetmə” mövzusunda yerli icra hakimiyyətlərinin gender məsələləri üzrə məsul şəxsləri üçün keçirilən təlimlərin açılış mərasimində deyib.
Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində aparılan dövlət siyasəti, gender bərabərsizliyinin səbəbləri və aradan qaldırılması yolları, maarifləndirmə məqsədilə keçirilən təlimlərin əhəmiyyətindən danışan sədr müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender məsələləri üzrə hər il Milli Məclisə hesabat təqdim edildiyini vurğulayıb. Bildirib ki, növbəti dəfə hesabat hazırlanarkən müraciət əsasında yerli icra hakimiyyətlərinin müvafiq şöbələrinin məlumatları, yəni təhlilləri nəzərə alınacaq.
S.Qəhrəmanova yeni istifadəyə verilən "genderazerbaijan.com” portalının əhəmiyyətini də qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [19:21]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [17:59]
ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]