General Ərdoğan Karakuş: Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandı
Ankara, 10 dekabr, AZƏRTAC
Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazandı, düşmənin ordusu darmadağın edildi. Müzəffər Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə yaratdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin ehtiyatda olan ordu generalı Ərdoğan Karakuş “A Haber” kanalında canlı yayımda çıxış edərkən deyib.
Bakıda keçirilən Zəfər paradını çox mühüm hadisə kimi dəyərləndirən Ərdoğan Karakuş deyib: “Ermənistan dərk etməlidir ki, Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən başqa yolu yoxdur. Bu savaşda Azərbaycan Ermənistanın bütün ordusunu məhv etdi, Ermənistan iqtisadiyyatı güclü itkilərə məruz qaldı”.
Ehtiyatda olan general vurğulayıb ki, Azərbaycan-Türkiyə birliyi bölgəyə sülh və inkişaf vəd edir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]