Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gintaras Visotskas. Seymin Antikorrupsiya Komissiyasının sədri Vitaliyus Qaylyusa açıq məktub

Bakı, 3 oktyabr, AZƏRTAC

Mən “açıq məktub” yazmağı xoşlamıram, lakin başqa çıxış yolum yoxdur. Seymin Antikorrupsiya Komissiyasının sədri Vitaliyus Qaylyus mənim ona hələ 2015-ci ildə verdiyim sualların heç birinə cavab verməyib. Buna görə onun bu il - 2017-ci ildə də lütfkarlıq göstərib mənə izahat verəcəyinə inanmıram.

Gintaras Visotskas Seymin Antikorrupsiya Komissiyasının sədri Vitaliyus Qaylyusa açıq məktubunu bu sözlərlə başlayır. AZƏRTAC məktubu təqdim edir.

Antikorrupsiya Komissiyasının sədrinə məktub

Buna görə də açıq məktub yazmağım labüddür, xüsusən ona görə ki, məsələ ciddidir. Son dərəcə ciddi bir komissiyanın rəhbərinin bu il sentyabrın 6-da nümayiş etdirdiyi davranış çox yersizdir. Bu davranış istər adı çəkilən komissiyaya, istərsə də Seymin özünə etimadı gücləndirmir. Parlament üzvünün hərəkətləri ən azı Litvanın beynəlxalq nüfuzuna ziyan vuran ikili standartların mövcud olmasını nümayiş etdirir.

                    

Fikrimin daha aydın olması üçün əvvəlcə sentyabrın 6-da Seymin rəsmi saytında dərc edilmiş, Seymin Antikorrupsiya Komissiyasının rəhbəri, deputat V.Qaylyusun imzaladığı məlumatı sitat gətirirəm. Antikorrupsiya Komissiyası “Organized Crime and Corruption Reporting Project” (OCCRP) Beynəlxalq Jurnalist Təhqiqatları Mərkəzinin pulların yuyulması ehtimalı haqqında, Azərbaycanın Avropanın vəzifəli şəxslərinə iri məbləğdə pul köçürməsi haqqında hesabatında göstərilən informasiyaya cavab” olan rəsmi məktubunda Maliyyə Cinayətlərinin Təhqiqatı Xidmətinə (MCTX) müraciət edib. Antikorrupsiya Komissiyası həmin informasiyada göstərilən şəxslərin barəsində görülən preventiv tədbirlər və onların Litva ilə mümkün əlaqələri barəsində komissiyaya məlumat verilməsini xahiş edir. Pulların yuyulmasının və terrorçuların maliyyələşdirilməsinin prevensiyası haqqında qanuna görə bu məsələ həmin xidmətin səlahiyyətlərinə aiddir”.

 

Seymin üzvü V.Qaylyus ilk baxışda özünü düzgün aparır. Sayıqlıq zəruridir. Lakin gəlin bu məsələyə daha diqqətlə baxaq.

Qəribə dostluq

V.Qaylyusun belə bir məktubu imzalamağa mənəvi haqqı varmı? Yoxdur. O, ədalət naminə bu işdən çəkinməli idi, çünki o, Ermənistan ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər məsələsində açıq-aydın qərəzli mövqe tutur.

Ermənistanı sevən və Azərbaycana şübhə ilə baxan Litva vətəndaşları heç bir pis iş görmürlər. Litva qanunları Ermənistanın Litvaya Azərbaycandan daha yaxın olduğunu hesab etməyi qadağan etmir, lakin Litva nümayəndələri, xüsusən rəsmi şəxslər dolayı yolla da olsa, Azərbaycanın Dağlıq Qarabağ üzərində həm NATO, həm Avropa İttifaqı, həm də Litvanın özü tərəfindən tanınmış hüququna mübahisə etməyə başlayanda təhlükəli vəziyyət yaranır. Bu halda aşkar ikimənalılıq görünür: əgər biz Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyünə hörmət ediriksə, onda Azərbaycanın Dağlıq Qarabağı özünə qaytarmaq hüququnu da dəstəkləməliyik.

V.Qaylyus məhz Dağlıq Qarabağ məsələsində Litvanın mövqeyinə dolayısı ilə şübhə edənlərdən biridir. Seymin əvvəlki çağırışında o, Dağlıq Qarabağ ilə (Ermənistanla yox, məhz Dağlıq Qarabağı işğal etmiş və indi orada ağalıq edən hakimiyyətlə) liberal Dalya Kuoditenin rəhbərlik etdiyi Dostluq Qrupuna mənsub idi. Buna görə də onun barrikadanın hansı tərəfində olduğunu anlamaq çətin deyil (2015-ci ilin əvvəlində mən ona məktub yazıb xahiş etmişdim ki, bu qrupun fəaliyyətində iştirak etməyə nə üçün razılaşdığını izah etsin, lakin ondan cavab almadım).

Antikorrupsiya Komissiyasının sədri məhz bu cür qəribə “dostluq” ucbatından ən azı “göz aldatmaq” üçün məktubu öz müavininin imzalamasına icazə verməli idi. Əgər o, özünün ermənipərəst əqidəsini açıq etiraf etmiş olsaydı, bu gün daha abırlı görünərdi.

Qəribə tələskənlik

Lakin Dağlıq Qarabağı işğal etmiş qüvvələrlə açıq-aşkar “qardaşlaşma” cəhdləri və eyni zamanda, Litvanın rəsmi baxışlarında gizli şübhələr V.Qaylyusun atdığı yeganə qəribə addım deyil.

V.Qaylyusun qəribə tələskənliyi də diqqəti cəlb edir. Sentyabrın əvvəlində 15min.lt portalında pulların yuyulması ehtimalı haqqında məqalə dərc ediləndən bir gün sonra Antikorrupsiya Komissiyasının SRFP rəhbərliyinə obrazlı şəkildə desək, Azərbaycanın Litva siyasətçilərini pul gücünə ələ alıb-almadığının aydınlaşdırılması barədə ünvanlanmış xahişi dərc olundu.

Mən 15min.lt portalında dərc edilmiş yazını dəstəkləməyə və ya təkzib etməyə hazırlaşmıram. Həqiqətən Avropada korrupsiyaya qurşanmış, vicdansız, tamahkar siyasətçilər var. Avropa - müqəddəs inək deyil.

Amma hər halda, Seymin Antikorrupsiya Komissiyasının sədri nəyə görə öz müavinlərindən xahiş etməyib ki, onlar bu jurnalist təhqiqatını daha diqqətlə araşdırsınlar? Axı bir sutka ərzində bütün nüansları dəqiqləşdirmək çətindir. Məsələn, jurnalist təhqiqatının təşəbbüskarları arasında Qərbdə nüfuzlu erməni diasporunun və rəsmi Yerevanın erməni mənşəli jurnalistləri yoxdurmu?

Qəribə susqunluq

Lakin ən maraqlısı budur ki, təxminən yarım il bundan əvvəl Avropa parlamentarilərinin Azərbaycan rəhbərliyinə qəsdən, qərəzli, məqsədyönlü şəkildə qarayaxmaları üçün Ermənistanın onları pul gücünə ələ almaq cəhdləri məlum olanda cənab V.Qaylyus nə üçün susurdu?

Bu il baharda və yayda Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic Intelligence and Security Center) dərc etdiyi məlumatı Seymin Antikorrupsiya Komissiyasına açıq-aşkar xatırladıram. Bu kəşfiyyat təşkilatı 2002-ci ildə Brüsseldə təsis edilib.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin rəhbərlərindən biri - 59 yaşlı Klod Monike Fransa kəşfiyyatının (Fransa Xarici Kəşfiyyatının baş direksiyasının) keçmiş işçisidir. Onun işinin spesifikası kəşfiyyat məlumatlarını təhlil etməkdir. Jurnalist fəaliyyəti onun üçün pərdə idi. K.Monike terrorizm, casusluq, mütəşəkkil cinayətkarlıq, beynəlxalq münaqişələr üzrə ixtisaslaşıb. O, Nyu-Yorkda 11 sentyabr terror aktları haqqında kitab yazıb. K.Monikenin kitabları çox populyardır.

Təşkilatda ikinci şəxs 20 ildən artıq müddətdə təhqiqat jurnalistikası ilə məşğul olan Jenovefa Etyendir. Üçüncü şəxs 57 yaşlı sosioloq, Yaxın Şərq üzrə tanınmış mütəxəssis Uilyam Rasimoradır.

Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinizin maraq dairəsi Qərb sivilizasiyası üçün təhlükə doğuran təhdidlərdir.

ESISC kəşfiyyat təşkilatının müşahidələri

Bəs bu təşkilat özünün rəsmi www.esisc.org saytında nə dərc etmişdi? O, erməni diasporundan olan lobbiçilərin dəstəklədikləri qərəzli Avropa parlamentariləri qrupunun Mərkəzi və Şərqi Avropa dövlətiləri ilə ünsiyyətdə Avropa ölkələri hökumətinə güclü təsir göstərmək məqsədi olduğunu bildirirdi. Avropa parlamentarilərinin diqqət mərkəzində Azərbaycan da var. ESISC analitiklərinin sözlərinə görə, bu qrup Azərbaycana qarşı bütöv tədbirlər arsenalı hazırlayıb, həmin tədbirlərin köməyi ilə beynəlxalq rəyə çox böyük, lakin gizli təzyiq göstərilir.

Lakin ESISC hesabatının müəlliflərinin sözlərinə görə, ən maraqlısı odur ki, Avropa parlamentarilərinin nüfuzlu, çoxsaylı antiazərbaycan və eyni zamanda, ermənipərəst lobbi qrupu məhz 2012-ci ildə - Avropa strukturlarında “məlum şəxsin” mühüm vəzifəyə təyin olunduğu vaxt formalaşmışdı.

ESISC analitikləri bildirirlər ki, bu şəxs beş ildən artıq müddətdə Avropa Şurasının insan haqları üzrə komissarı vəzifəsində işləmiş latış Nil Muyjniyeksdir. Bir sözlə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT), Avropa Şurası Parlament Assambleyasının siyasətçiləri ilə xaricdəki erməni diasporu, Ermənistandan olan məmurlar və Corc Soros Fondu arasında gizli əlaqələr sadalanır ki, Dağlıq Qarabağ Ermənistanın ərazisi kimi tanınsın - bu isə heç də az sensasiya deyil.

Yeri gəlmişkən, hesabatın ikinci hissəsində N.Muyjniyeksə xüsusi diqqət yetirilir. ESISC-in hesabatına görə, 2012-ci ildə AŞPA-ya seçilmiş Muyjniyeks avropalı diplomatları, Ermənistanın rəsmi vəzifəli şəxslərini, erməni lobbiçilərini, qeyri-hökumət təşkilatlarını və Corc Soros Fondunu birləşdirən gizli şəbəkənin əsas nümayəndəsinə çevrilib. ESISC analitiklərinin fikrincə, bu latış Avropa strukturlarında tutduğu nüfuzlu rəsmi vəzifədə mühüm rol oynayır, rəsmi Yerevanın Dağlıq Qarabağ barəsində maraqlarını Avropaya qəbul etdirir. O, Avropanın yeni siyasətçilərini də özünün ermənipərəst fəaliyyətinə cəlb etməyə çalışırdı. Qeyd etmək lazımdır ki, Şimal ölkələrindən və Baltikyanı dövlətlərdən (bu məqama xüsusi diqqət yetirək - müəllifin qeydi), Niderlanddan və Almaniyadan olan siyasətçiləri xüsusi canfəşanlıqla “ovlayırdılar”.

ESISC-in hesabatına daxil edilmiş cədvəldə göstərilir ki, son beş ildə N.Muyjniyeksin Avropa İnsan Haqları Şurasının komissarı olduğu dövrdə Avropada antiazərbaycan əhval-ruhiyyəsi güclənib.

Məhz onun rəhbərliyi dövründə AŞPA-nın rəsmi plenar iclaslarından əlavə, Ermənistana xeyir verən, Ermənistan və Rusiya silahlı dəstələrinin təcavüzü nəticəsində Dağlıq Qarabağı (azərbaycanca - Qara Bağ) itirmiş Azərbaycana ziyan vuran qeyri-rəsmi iclaslar da keçirilib.

N.Muyjniyeksin qrupunu bir məsələ narahat etmirdi ki, onların fəaliyyəti beynəlxalq hüququ və Avropada qərarlaşmış ərazi bütövlüyü prinsiplərini açıq-aşkar pozur. N.Muyjniyeks özünü elə aparırdı ki, guya BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etmiş və bütün azərbaycanlıları oradan qovmuş Ermənistanın hərəkətlərini pisləyən qətnamələrindən (822, 853, 874, 884 nömrəli) xəbəri yoxdur.

Hesabatda N.Muyjniyeksdən başqa Ermənistanın mövqeyini süni şəkildə irəlilədən bir neçə avropalı siyasətçinin soyadları da xatırlanır: Piter Omtsiqt, Kristof Ştrasser, Frank Şvabbe və Tini Koks. Onlar N.Muyjniyeksin Azərbaycanı daim tənqid edən, Ermənistanı isə regionda az qala nümunəvi dövlət elan edən qrupuna aid olunur.

Yeri gəlmişkən, artıq yeni intriqa başlanıb. N.Muyjniyeksin mandatı əbədi olmayacaq. Onu kim əvəz edəcək?

Bağışlanılmaz səhlənkarlıq

Bir sözlə, bu ilin ortalarında esisc.org portalında dərc edilmiş, iki hissədən ibarət hesabatı V.Qalyus “goplayıb”. Mənim fikrimcə, bu, bağışlanılmaz səhlənkarlıqdır. Ona görə ki, Avropa İttifaqı təcavüzkar Ermənistanın (deməli həm də Rusiyanın, çünki hazırda Rusiyanın hərbi bazası Ermənistanda dislokasiya edilib) maraqlarının girovuna çevrilməməli idi. Buna görə də bir məsələ açıq qalır: Seymin Antikorrupsiya Komissiyasının rəhbəri nəyə görə Litvada Ermənistan siyasətçiləri tərəfindən deyil, yalnız Azərbaycan siyasətçiləri tərəfindən pul gücünə ələ alınmış şəxsləri axtarır? Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin tarixi ilə maraqlanan bu sətirlərin müəllifi hesab edir ki, Litvada ermənilərin mövqeləri çox möhkəmdir. Şübhəli dərəcədə möhkəmdir.

Ermənistanın şübhəli dərəcədə güclü təsiri

Klaypedada, Kaunasda və Şyaulyayda neçə erməni xaçı - Xaçkar qoyulduğunu saymaq lazımdır. Amma azərbaycanlıların Litvada Xocalı qurbanlarının şərəfinə abidə qoymalarına icazə verilməyib. Bu, təsadüfdürmü?

Litva Seymində Azərbaycandan zorla qoparılmış Dağlıq Qarabağla dostluq qrupu yaradılıb. Lakin siz eşitmisinizmi ki, Seymin Milli Təhlükəsizlik Komitəsi, Litva Xarici İşlər Nazirliyi və ya Dövlət Təhlükəsizliyi Departamenti açıq xəbərdarlıq etsinlər ki, Litvanın bu cür “dostluğu” Moldovanı, Gürcüstanı və Ukraynanı terror edən separatçılarla dostluğa oxşayır?

     Litvada hər il həm Ermənistan, həm də Azərbaycan üçün ağrılı tarixlər qeyd edilir. Lakin Litva sakinlərinin soyqırımı və müqavimətini araşdırma mərkəzinin rəhbəri Birute Barauskayte və Qurbanlar muzeyinin direktoru Euqeniyus Peykştyanis yalnız ermənilərin tədbirlərinə gedirlər.

Bu il Ermənistandan gəlmiş və özünü dünyanın heç bir yerində tanınmayan qondarma “Dağlıq Qarabağ respublikası”nın təmsilçiləri adlandıran nümayəndə heyəti Litvada qonaq olub. Ermənistan nümayəndə heyətini ən azı Seymin bir üzvü - Povilas Urbşis müşayiət edirdi. Varenski rayonunun meri Alqis Kaşeta da həmin nümayəndə heyətini qəbul etdi. Lakin Xarici İşlər Nazirliyi bizim rəsmi siyasətçilərin dünyada tanınmamış bir “dövlətlə” qucaqlaşmasını pislədimi?

Litva nəşrləri də özlərini qəribə aparırlar. Məsələn, bu il yayda Ermənistan ilə Azərbaycan arasında ciddi atışmalar qeydə alınıb. Mən Litva mətbuatında Ermənistanın hücumlarından sonra mülki azərbaycanlıların, o cümlədən iki yaşlı uşağın və onun nənəsinin həlak olması barədə xəbər tapmadım. Amma Azərbaycanın əks hücumundan sonra sərhəddə bir neçə erməni əsgərinin həlak olması barədə Litva nəşrlərində çoxsaylı hesabatlar dərc edildi.

Məsələn, 15min.lt portalı Azərbaycan üçün əlverişsiz məqalələr dərc etmək imkanını heç vaxt əldən vermir. Amma Ermənistanda mövcud olan iğtişaşlar, Ermənistanın korrupsiyaya qurşanmış prezidenti Serj Sarkisyan və onun ətrafındakı rejim barədə söhbət açan müəlliflərin yazıları dərc edilmir. Bunun səbəbini heç izah da etmirlər. Bəlkə onlar fikirləşirlər ki, Serj Sarkisyan kristal kimi təmizdir?

Litvada hansı nəşr heç olmasa hərdənbir Azərbaycanın arqumentlərini, məsələn, yuxarıda qeyd etdiyimiz antiazərbaycan təhqiqatı barədə Trend xəbərlər xidmətinin Rusiyadakı rəhbəri Elmira Tarıverdiyevanın fikirlərini dərc etməyə risk edər?

Azərbaycanın arqumentləri

Bir neçə parçanı diqqətinizə çatdırıram: “(...) Qətnamədə ünvanlı şəkildə yalnız bir ölkə - Azərbaycan xatırlanır. Bu Qətnamə antiazərbaycan yanaşmanın aşkar sübutudur (...).

Bütün bunlar erməni mənşəli bir qisim jurnalistin “təhqiqatı” ətrafında qurulub. Məgər təəccüblü deyilmi? Doğrudur, jurnalistlərin heç biri Avropa Parlamentində Bakının maraqlarının uydurma lobbiçiliyinin qəribə nəticəsi barədə fikirləşməyib - təkcə 2009-cu ildə Azərbaycana aid 9 tənqidi qətnamə qəbul edilib. Yəni, doğrudanmı Azərbaycan özünün tənqid edilməsi müqabilində kiməsə pul ödəyib? Lakin görünür, belə xırda məsələlər jurnalistləri və Avropa parlamentarilərini ümumiyyətlə maraqlandırmır (...).

Qəribə haldır ki, jurnalistlərin fikirləşib tapdıqları sxemin belə adlandırılan “ifşaları” sentyabrın 5-də dərc edilib, Avropa Parlamentinin qətnaməsinə əlavə edilmiş Azərbaycana aid düzəliş isə artıq ayın 7-də hazır idi. Elə bil müəlliflər sənədin hazır mətnini əllərində tutub siqnal gözləyirdilər. Bu, Bakıya qarşı yönəlmiş sinxron hərəkətlərin gözəl illüstrasiyasıdır. Bu barədə göstəriş vahid mərkəzdən gəlir. Məqsəd də aydındır - Şərq Tərəfdaşlığının Brüssel Sammiti ərəfəsində Bakı ilə Avropa İttifaqı arasında inkişaf etməkdə olan münasibətləri məhv etmək və Azərbaycanın yüksək səviyyəli nümayəndə heyətinin həmin Sammitdə iştirakına mane olmaq.

Yenə sübut lazımdırmı? Bunun üçün təkcə Azərbaycan əleyhinə düzəlişin müəllifinə nəzər salmaq kifayətdir. Bu, Avropa Parlamentinin deputatı, Bakıda bədnam şöhrətli Renatas Yuşkanın ən yaxın dostu Petras Auştryaviçyusdur (R.Yuşka da P.Auştryaviçyusun Avropa Parlamentində müşaviridir - müəllifin qeydi).

Yuşka 2013-cü ildə baş vermiş qalmaqaldan sonra məşhurlaşdı. Həmin hadisədən sonra Litvanın keçmiş Prezidenti Dalya Qribauskayte bu ölkənin Azərbaycandakı səfiri Arturus Jurauskasın və Macarıstandakı səfiri Renatas Yuşkanın geri çağırılması barədə sərəncam imzaladı.

O vaxt bu iki şəxsin qeyri-rəsmi söhbətinin yazısı şəbəkəyə düşmüşdü. Onlar deyirdilər ki, ermənilər dini mənsubiyyətinə görə xristian olduqları üçün Dağlıq Qarabağ münaqişəsi məsələsində onları dəstəkləmək, Dağlıq Qarabağı ermənilər kimi “Artsax” adlandırmaq və ermənilərə kömək edənləri dəstəkləmək lazımdır”.

Beləliklə, Avropada neçə siyasətçinin Ermənistan-Azərbaycan münaqişəsinə qərəzli yanaşması məsələsini təhqiq etmək zəruridir, lakin bu təhqiqat birtərəfli olmamalıdır. Belə deyilmi, cənab V.Qaylyus?

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO