İQTİSADİYYAT
Gömrük xidmətində elektronlaşdırma nəticəsində fiziki müraciətlərin sayı minimuma endirilir
Bakı, 15 dekabr, AZƏRTAC
Gömrük xidmətinin elektron müraciətlərində artım qeydə alınıb, müraciətlərlə bağlı bir sıra tədbirlər optimallaşdırılıb. Elektronlaşdırma nəticəsində fiziki müraciətlərin sayı minimuma endirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Baş Gömrük İdarəsinə təşkil olunan mediaturda bildirilib.
Əlavə edilib ki, gömrük əməliyyatların 65 faizi aşağı, 25 faizi orta, 10 faizi isə yuxarı risk qruplarına aiddir.
Qeyd edilib ki, optimallaşdırılan tədbirlər sırasına, müraciətlərin real vaxt rejimində qəbul edilməsi, vətəndaş qəbulunun elektron növbə əsasında qəbul edilməsi, gömrük ombudsmanının təşkil edilməsi və Baş idarə rəisi ilə birbaşa “QR code” vasitəsilə əlaqə saxlamaq daxildir.
Bundan başqa, gömrük xidmət mərkəzinin yeni hədəflərindən bəhs olunub.
Bunlar inteqrə edilmiş zəng, SMS, elektron sistemin, elektron müraciət köşkünün yaradılmasıdır. Bildirilib ki, gömrük rəsmiləşdirilməsi ilə bağlı operativ işlərin görülməsi üçün mütəmadi tədbirlər görülür.