GÖMRÜKÇÜLƏR 1,96 MİLYON ƏDƏDDƏN ÇOX SİQARET TUTMUŞLAR
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən il gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində aksiz markasız və ya digər qanunsuz yollarla keçirilən 1 milyon 968 min ədəddən çox xaricdə istehsal olunan siqaret, 198 litr spirt, 2678 ədəd spirtli içki tutulmuşdur.
Hesabat dövründə əməkdaşların peşə vərdişlərinin artırılması istiqamətində təlimlər keçirilmiş, hüquq mühafizə orqanları, xarici ölkələrin gömrük xidmətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq gücləndirilmişdir.