Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gövhər Baxşəliyeva: “İrəvan xanlığı bölgələrinin xəritələri” üzərində iş davam etdirilir

Gövhər Baxşəliyeva: “İrəvan xanlığı bölgələrinin xəritələri” üzərində iş davam etdirilir

Bakı, 27 yanvar, AZƏRTAC

Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin müəssisələrində aparılan tədqiqatlar əsasən, dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na, eləcə də “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyasının təsdiq edilməsi haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi haqqında”, “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” və digər sərəncamlarının icrasına istiqamətlənib. Eləcə də, ölkə başçısının Qərbi Azərbaycan və Qafqaz Albaniyası ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun istiqamətdə işlər aparılıb.

AMEA-nın Media və informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə akademiyanın Rəyasət Heyətinin İctimai Elmlər Bölməsinin (İEB) və Gəncə Bölməsinin 2025-ci il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclasında məlumat verilib.

Bildirilib ki, İEB-nin Elmi şurasının 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı AMEA-nın vitse-prezidenti v.i.e., sözügedən şuranın sədri akademik Gövhər Baxşəliyeva təqdim edib.

Akademik vurğulayıb ki, 2025-ci ildə İEB-in elmi müəssisələrində 32 problemə aid 87 mövzuya dair 491 tədqiqat işi aparılıb, 72 mövzu, 425 iş tamamlanıb. Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Gövhər Baxşəliyeva bildirib ki, 2025-ci ildə bölmə üzrə 1594 əsər nəşr olunub. Bunlardan 32-si kitab (2-si xaricdə), 66-sı monoqrafiya (16-sı xaricdə) 1078-i məqalə (309-u xaricdə), 389-u tezis (123-ü xaricdə), 5-i dərslik və 25-i dərs vəsaitidir. Bölmə üzrə 39 məqalə isə impakt faktorlu jurnalda dərc olunub, alimlərin əsərlərinə 2962 istinad edilib.

Bölmənin əhatə dairəsində olan təşkilatlarda isə 1938 əsər çap olunub. Bunlardan 68-i kitab (5-i xaricdə), 47-si monoqrafiya (16-sı xaricdə), 81-i dərslik və dərs vəsaiti, 958-i məqalə (493-ü xaricdə), 482-si tezis (122-si xaricdə) olub, Web of Science, Scopus bazalarında indekslənən jurnallarda isə 315 məqalə dərc edilib, əməkdaşların əsərlərinə 1137 istinad qeydə alınıb.

Akademik Gövhər Baxşəliyeva “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlətimizin başçısının Sərəncamının icrasına uyğun olaraq, bölmənin elmi tədqiqat müəssisələrində 4 beynəlxalq, 3 respublika, 4 elmi seminar, 1 elmi sessiya, 2 dəyirmi masa və 1 tədbirin keçirildiyini, 1 beynəlxalq konfransın materiallarının çap olunduğunu, 1 şöbənin yaradıldığını bildirib. Qeyd edib ki, bu çərçivədə “Süni intellekt və müasir şüur: “Konstitusiya və Suverenlik İli” kontekstində”, “Milli mübarizəmizin məntiqi nəticəsi, “Konstitusiya və Suverenlik”, “Azərbaycan arxeologiyası “Konstitusiya və Suverenlik İli”ndə: nailiyyətlər və perspektivlər”, “Azərbaycan Respublikasının Konstitusiyası: dövlət quruculuğunun 30 illik təcrübəsi” və digər mövzuda konfranslar, dəyirmi masalar, seminarlar keçirilib. Eyni zamanda, “Azərbaycan Respublikasında müasir konstitusionalizm və suverenliyə yeni baxış” mövzusunda beynəlxalq elmi konfransın materialları çap olunub.

Məruzəçi, həmçinin dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında”, “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi haqqında”, “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamları, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” istiqamətində görülmüş işləri diqqətə çatdırıb. Bu çərçivədə “AMEA yeniləşmə və islahat yollarında”, “Süni intellekt fəlsəfəsi və tarixi – mədəni epistemoloji yanaşma”, “Rəqəmsal sosiologiya: nəzəri, metodoloji və tarixi aspektləri” və digər nəşrlərin çap olunduğunu söyləyib.

Akademik Gövhər Baxşəliyeva qeyd edib ki, arxeoloq alimlər tərəfindən Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınmış arxeoloji abidələrin pasportlaşdırılması, yeni aşkar edilmiş abidələrin isə qeydə alınması istiqamətdə fəaliyyət davam etdirilib. Bu günə kimi mövcud olan siyahıdakı səhvlərin aradan qaldırılması, həmçinin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektlərin dövlət mühafizəsində olan abidələr siyahısına daxil edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Azərbaycan Milli Elmlər Akademiyasının və digər əlaqədar qurumlardan ibarət İşçi qrupu tərəfindən ölkə ərazisində müxtəlif obyektlərə baxış keçirilib və arayış hazırlanıb.

Bundan əlavə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”ndan irəli gələrək, bölmənin institutlarında bir sıra işlər həyata keçirilib, kitablar çap olunub, 30-a yaxın elmi tədqiqat işləri yerinə yetirilib, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ekspedisiyalar fəaliyyət göstərib. Eləcə də, işğaldan azad olunmuş ərazilərimizdə itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar tədbirlər çərçivəsində Zəngilanda, Füzulidə, Xocavənddə, Xocalıda, Ağdamda, Qubadlıda, Kəlbəcərdə, Ağdərədə və s. arxeoloji kəşfiyyat işləri aparılıb.

Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin öyrənilməsi istiqamətində isə “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar”, “Ermənistanın toponimik cinayətləri”, “Azərbaycanlılarla ermənilər arasında keçirilən “Barışdırıcı qurultay” (Qafqaz Canişinliyi 20 fevral - 6 mart 1906-cı il)” kitabları çap olunub, eləcə də “Qərbi Azərbaycan atlası” üzrə “Azərbaycan Respublikası ərazisində yer adları ilə bağlı topoqrafik xəritələr” üzərində yenilənmə aparılıb və toplanmış materiallar əsasında Dərələyəz mahalının, Qərbi Zəngəzurun xəritəsi çəkilib. O cümlədən “İrəvan xanlığı bölgələrinin xəritələri” üzərində iş davam etdirilir.

Ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, Qafqaz Albaniyasının tarixinin, mədəniyyətinin öyrənilməsi sahəsində bölmənin elmi-tədqiqat müəssisələrində, xüsusən Tarix və Etnologiya, Arxeologiya və Antropologiya institutlarında çalışan əməkdaşlar tərəfindən bir sıra elmi-tədqiqat işləri həyata keçirilib, kitablar, çoxsaylı məqalələr çap olunub. Belə ki, “Qafqaz Albaniyasının Düzən Qarabağda antik dövr abidələri” adlı monoqrafiya çap edilib, “Qafqaz Albaniyasını xristian dövr arxeoloji və memarlıq irsi” adlı monoqrafiya isə çapa təqdim olunub. Həmçinin Qafqaz Albaniyasına dair mənbələrin araşdırılması məqsədilə Londonda, K.Kekelidze adına Gürcüstan Milli Əlyazmalar Mərkəzinin Arxivində, Rusiya arxivlərində məlumatlar toplanıb.

İraq Türkmanları ilə əlaqədar görülmüş işlər çərçivəsində isə “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” nəşri Azərbaycan və ərəb dillərində Bakı və Bağdadda nəşr edilib.

Akademik Gövhər Baxşəliyeva, o cümlədən bölmənin institutlarında türk xalqların tarixini, mədəniyyətini araşdıran şöbələrin fəaliyyət göstərdiyini, “Türkiyənin siyasi və iqtisadi tarixi və Türkiyə-Azərbaycan siyasi-iqtisadi münasibətlərinin öyrənilməsi”, “Azərbaycanda yaşayan digər türk xalqlarının tarixinin və etnologiyasının müqayisəli öyrənilməsi (keçmişdə və indi)” və digər istiqamətlərdə tədqiqatların aparıldığını söyləyib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA