Göygöldə qanvermə aksiyası keçirilib
Göygöl, 6 aprel, Elcan Məmmədov, AZƏRTAC
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin təşəbbüsü və Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qan vermək istəyən könüllü donorlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim personalı tərəfindən müayinə edildikdən sonra aksiyada iştirak ediblər.