Göygöldə yeniyetmə cüdoçuların beynəlxalq təlim-məşq toplanışı başa çatıb
Bakı, 28 mart, AZƏRTAC
Göygöldə yeniyetmə cüdoçuların beynəlxalq təlim-məşq toplanışı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində üç gün davam edən hazırlıq prosesinə Türkiyə, Almaniya, Macarıstan, Özbəkistan, Niderland və Sloveniyadan 100-dən çox yeniyetmə idmançı qatılıb. Təlim-məşq toplanışında, həmçinin ölkəmizin müxtəlif rayon və şəhərlərindən klub, cəmiyyət və idman təşkilatlarından 200-ə yaxın cüdoçu iştirak edib.
Təlim-məşq toplanışının təşkilində əsas məqsəd idmançıların bacarıqlarını təkmilləşdirməklə yanaşı, yaxın gələcəkdə beynəlxalq yarışlarda yüksək nəticə əldə etməkdir.