G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin uğuru
Bakı, 18 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Şirin Əmiraslanova İspaniyada keçirilən V Beynəlxalq onlayn müsabiqədə iştirak edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Şirin Əmiraslanova M.Qlinka-Balakirevin “Torağay” və V.A.Motsartın “Sonata re major” əsərlərini ifa edərək öz yaş qrupunda 9,5 balla birinci yerə layiq görülüb və müsabiqənin laureatı adını qazanıb.
Ş.Əmiraslanova, həmçinin Almaniyada keçirilən “Sternchen hause” Beynəlxalq onlayn müsabiqədə də iştirak edərək birinci yerə layiq görülüb və müsabiqənin laureatı adını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:20]
Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO
- 08.10.2026 [12:05]
Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO
- 07.10.2026 [20:03]