GUAM-ın qərargahında kibertəhlükəsizlik üzrə işçi qrupun iclası keçirilib
Kiyev, 26 sentyabr, AZƏRTAC
Ukraynanın paytaxtında, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın Katibliyinin binasında kibertəhlükəsizlik üzrə işçi qrupun 3-cü iclası keçirilib. Bu barədə AZƏRTAC-a təşkilatın Kiyevdəki qərargahından məlumat verilib.
GUAM-ın iştirakçısı olan dövlətlərin nümayəndə heyətləri tədbirin gündəliyindəki məsələlərin müzakirəsində iştirak ediblər. İki gün davam edən iclasda GUAM-ın iştirakçısı olan dövlətlərdə kibertəhlükəsizlik sahəsində operativ vəziyyətin aktual məsələləri və həmin dövlətlərin bu sahədə fəaliyyəti, kibertəhlükəsizlik sahəsində informasiya mübadiləsinin formatı, informasiya texnologiyalarından istifadə ilə bağlı əsas risklər haqqında cəmiyyətin məlumatlandırılması üçün istifadə edilən metodlar müzakirə olunub.
Qrupun gördüyü işin yekunları haqqında protokol tərtib edilib.
Növbəti iclas 2016-cı ilin aprelində olacaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]