Güləşçilərimiz dünya çempionatının hazırlığına start veriblər
Bakı, 16 may, AZƏRTAC
Güləş üzrə milli komandalarımız dünya çempionatına hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışlarına start veriblər.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla bildirir ki, yığmalardan ikisi Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir. Yunan-Roma güləşi üzrə millimiz mayın 9-dan fiziki hazırlıq üzrə təlim-məşq toplanışına başlayıb. Fiziki güc və dözümlülüyün artırılması istiqamətində keçirilən məşqlər ayın 23-dək davam edəcək.
Qadın güləşçilər baş məşqçi Semyon Çterevin rəhbərliyi altında mayın 15-də paytaxtda təlim-məşq toplanışına start veriblər. Hazırlıq prosesi mayın 30-da yekunlaşacaq. Sərbəst güləşçilərimiz isə mayın 14-də Rusiyaya yollanıblar. Vladiqafqazda baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında keçirilən hazırlıq prosesi ayın 28-dək davam edəcək.
Qeyd edək ki, komandalarımızı qarşıda Qırğızıstan (1-4 iyun) və Macarıstanda (13-16 iyul) keçiriləcək reytinq turnirləri gözləyir. Paris Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatı isə sentyabrın 16-dan 24-dək Serbiyada təşkil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:14]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]