Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gülüstan müqaviləsinin imzalanmasından 210 il ötür

Gülüstan müqaviləsinin imzalanmasından 210 il ötür

Gülüstan müqaviləsinin imzalanması ilə Azərbaycan xalqı tarixinin “yeni mərhələ”sinə qədəm qoydu

Bakı, 12 oktyabr, AZƏRTAC

Azərbaycan xalqının tarixində ağrılı səhifə olan Gülüstan müqaviləsinin imzalanmasından 210 il ötür. Məlum olduğu kimi bu müqavilə 1813-cü il oktyabrın 12-də Azərbaycanın Qarabağ bölgəsində yerləmiş Gülüstan kəndində Çar Rusiyası ilə Qacarlar İranı arasında imzalanıb. Müqavilənin imzalanması ilə tarixi Azərbaycan ərazilərinin bir hissəsinin Rusiya işğalı altına düşməsi rəsmiləşdirilmiş oldu. Bu müqavilə XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycan ərazilərini işğal etmək istiqamətində apardığı siyasətin birinci mərhələsini tamamlamış oldu. Belə bir siyasətin icrasına əslində hələ XVIII əsrin birinci rübündə başlanıb. Lakin Rusiya imperializmi öz məqsədinə XIX əsrin əvvəllərində nail oldu və Gülüstan müqaviləsinin imzalanması ilə öz sərhədlərini cənubda Araz çayına qədər genişləndirə bildi.

Bu fikirlər ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professor-məsləhətçisi, tarix elmləri doktoru Mehman Süleymanovun “Gülüstan müqaviləsi - 210” adı araşdırma məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Rusiya Avropanın hərbi baxımdan güclü dövlətlərindən biri olsa da, Azərbaycan ərazisində mövcud mürəkkəb hərbi-siyasi şərait də bu dövlətin işğalçılığına münasib zəmin yaratdı. Belə ki, Nadir şah Əfşarın qətlindən sonra Azərbaycan ərazisində meydana gəlmiş xanlıqlar müstəqil dövlətlər olsalar da, onların ayrı-ayrılıqda Rusiya kimi böyük dövlətin hərbi gücü qarşısında dayanmaq imkanı yox idi. İşğal təhlükəsinin qarşısının alınması üçün xanlıqlar arasında vahid cəbhənin yaradılmaması, mövcud bütün imkanların vahid məqsəd ətrafında səfərbər edilməməsi təəssüf ki, son nəticədə Azərbaycan ərazilərinin işğal altına düşməsinə yol açdı. Lakin bu heç də o demək deyil ki, Azərbaycan ərazisində Rusiya işğalına qarşı mübarizə aparılmadı. Bu işğal 1803-cü ildə Car-Balakənin ələ keçirilməsi ilə başladı. Car-Balakən camaatı general P.D Sisianov tərəfindən komandanlıq edilən rus ordusuna çox ciddi müqavimət göstərsələr də işğalın qarşısını almaq mümkün olmadı. Kütləvi qırğınlara yol verməmək üçün Car-Balakən camaatının böyükləri rus qoşunları komandanını şərtlərini qəbul etməyə və 1803-cü il aprelin 12-də Sisianovla 10 maddəlik anlaşma imzalamağa məcbur oldular. Həmin anlaşmaya görə Car-Balakən Rusiya hakimiyyəti altına düşürdü.

İşğalın ilk nəticəsindən ilhamlanan rus qoşunları komandanlığı 1803-cü ilin sonunda Gəncə xanlığı üzərinə də qoşun çəkdi. Gəncə xanı Cavad xanın rəhbərliyi ilə xanlıq qoşunları və əhalisi rus işğalına qarşı tarixdə iz qoyacaq mübarizəyə qatıldılar. Cavad xan da, onun ailə üzvləri də əllərində silah bu mübarizəyə atıldılar. Xanlığın Rusiya işğalı altına düşməsinə yol verməmək üçün Cavad xan tarixi qəhrəmanlıq nümunəsi göstərdi. Məlumdur ki, Gəncə üzərinə hücumdan əvvəl general P.Sisianov Cavad xana məktub göndərərək xanlığı təslim etməyə çağırdı. Cavad xan isə ona çox qətiyyətli cavab verdi və bildirdi ki, onu qala divarları üzərinə ölmüş tapmaq olar, lakin o, xanlığı təslim etməyə razı olmaz. 1804-cü il yanvarın 3-də başlanan döyüşdə Cavad xan da, onun oğlu da qalanın müdafiəsi zamanı həyatlarını itirdilər. Mövcud olan məlumatlara görə, Cavad xanın həyat yoldaşı Böyükxanım da qala bürclərinin birində rus qoşunlarına qarşı döyüşürdü. Cavad xan və oğlu şəhid olandan sonra Böyükxanım onların nəşlərini qala divarları üzərindən endirərək saraya gətirdi. Yanvarın 5-də isə Cavad xan şəhərdəki Şah Abbas məscidinin yanında dəfn olundu.

Gəncə kimi böyük şəhərin ələ keçirilməsi P.Sisianovda Azərbaycan xanlıqlarına divan tutmaq ehtirasını daha da artırdı. Onun işğalçılıq planının növbəti səhifəsi İrəvan xanlığı oldu. Bu xanlıq kifayət qədər əlverişli mövqeyə malik idi və onun işğalı rus qoşunlarının Osmanlı və Qacarlar İranı sərhədinə çıxması demək idi. 1804-cü il iyulun ilk günlərində bölgənin ən güclü qalalarından biri olan İrəvan qalası mühasirəyə alındı və sentyabrın ortalarına kimi bu qala mühasirədə saxlandı. P.Sisianov burada gözləmədiyi halda çox böyük müqavimətlə qarşılaşdı. İrəvan xanlığının qoşunlarının şücaəti, dönməzliyi qarşısında çarəsiz duruma düşən P.Sisianov çox böyük sayda itkilər verərək geri çəkilmək məcburiyyətində qaldı. Özünün yazdığı kimi İrəvan qalası ətrafında P.Sisianov həyatının ən böyük məğlubiyyəti ilə qarşılaşdı və mühasirə etdiyi qalanı fəth edə bilmədən geri qaçmağın biabırçılığını öz üzərinə götürməli oldu. Lakin bu uğursuzluq P.Sisianovu daha da quduzlaşdırdı və o, Azərbaycan xanlıqlarının işğalından heç də geri çəkilmədi. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahimxəlil xanla Kürəkçay müqaviləsi imzalandı və müqaviləyə əsasən Qarabağ xanlığı Rusiyanın işğalı altına düşdü. Məlumdur ki, hazırda xeyli sayda erməni ideoloqları Kürəkçay müqaviləsinə əsasən Qarabağ ermənilərinin Rusiyaya birləşmələri haqqında tarixi həqiqətdən uzaq olan şayiələr yayırlar. Qeyd edilməlidir ki, bu müqavilədə ermənilərlə bağlı hər hansı xatırlama yoxdur və bütünlükdə, xanlıqlar dövründə ermənilərin Azərbaycan xanlıqlarının həyatında hər hansı ictimai-siyasi rolu yox idi ki, onlar haqqında Rusiya ilə imzalanmış sənədlərdə də xatırlama olsun.

1805-ci il mayın 21-də Şəki xanı Səlim xan da Kürəkçay yaxınlığında P.Sisianovla müqavilə imzalamaq və Rusiya hakimiyyətini qəbul etmək məcburiyyətində qaldı. Bu müqavilə məzmun etibarilə İbrahimxəlil xanla imzalanan müqavilənin oxşarı idi. Müqaviləyə əsasən, həm Qarabağda, həm Şəkidə xanlıqlar saxlansa da, onlar artıq Rusiyanın ərazisində mövcud olmalı idilər. 1805-ci il dekabrın 25-də Şamaxı xanı Mustafa xan da P.Sisianovun tələb etdiyi müqaviləni imzalamaq məcburiyyətində qaldı. Mustafa xan ayrıca olaraq Rusiyaya sədaqət andı qəbul etməyə də məcbur edildi. İmzalanan bu müqavilələr tarixi məcburiyyət səbəbindən imzalanmış sənədlər idi və onların imzalanması heç də istər xanların, istərsə də xanlıq əhalisinin Rusiya işğalı ilə barışması demək deyildi. Elə buna görə idi ki, həmin xanlıqlar ərazisində Rusiya işğalına qarşı fəal müqavimət hərəkatı mövcud idi. General P.Sisianov da bu xalq qəzəbinin qurbanı oldu. Belə ki, 1806-cı il fevralın əvvəllərində P.Sisianov öz qoşunu ilə Bakı qalasına yaxınlaşdı və Bakı xanı Hüseynqulu xana təslim olması barədə ultimatum göndərdi. Bakı qalasının divarları yaxınlığında onlar arasında müzakirələr aparıldığı vaxt Bakı xanının qohumlarından olan İbrahim bəy irəli atılaraq güllə ilə P.Sisianovu vurdu və sonra da ani bir zaman içində onun başını bədənindən ayıraraq qala divarları arxasında yox oldu. Məlum olduğu kimi, sonradan P.Sisianovun başı Təbrizə, Qacar şahının vəliəhdi Abbas Mirzəyə göndərildi.

P.Sisianovun qətlə yetirilməsi də Rusiyanın bölgədəki işğalçılıq siyasətinə son qoymadı. Əksinə, əlavə qüvvələr cəlb edilməklə bu işğalın genişləndirilməsi üçün məqsədyönlü addımlar atıldı. Bunun nəticəsində Bakı xanlığı da, sonradan Quba və Lənkəran xanlıqları da Rusiyanın işğalı altına düşdü. Bu işğalların rəsmiləşdirilməsi üçün 1813-cü il oktyabrın 12-də Gülüstan kəndində Rusiyanın Cənubi Qafqazdakı qoşunlarının baş komandanı general Rtişşevlə Qacar sarayının təmsilçisi Mirzə Əbülhəsən xan arasında tarixdə Gülüstan müqaviləsi kimi tanınan sənəd imzalandı. Həmin müqavilə giriş və 11 maddədən ibarətdir. Müqavilənin orijinalı rus dilində hazırlanmış və sonra fars dilinə tərcümə olunmuşdu. Burada diqqət yetirilməli olan məqamlardan biri odur ki, müqavilə mətninin rus dilində olan orijinalında heç yerdə “İran” sözü işlədilməmişdir. Müqavilənin tərəfi kimi “Persiya”nın adı çəkilir. Müqavilənin əsasını onun ikinci və üçüncü maddələri təşkil edir. Belə ki, həmin maddələrdə hansı xanlıqların və ərazilərin Rusiyanın işğalı altına düşməsi və iki dövlət arasında sərhəd xəttinin haradan keçməsi təsbit olunmuşdu. Azərbaycan xanlıqlarının işğalını təsdiqləyən 3-cü maddə belədir: “Şah həzrətləri özünün əlahəzrət Ümumrusiya imperatoruna səmimi dostluğunun sübutu üçün öz adından və İran taxt-tacının ali varisləri adından bu xanlıqların Rusiya imperiyasının mülkiyyətində olduğunu qəbul edir: Qarabağ və hazırda Yelizavetpol adlanan vilayətə çevrilmiş Gəncə xanlığı. Habelə Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış xanlığının Rusiya imperiyasının hakimiyyəti altında olan torpaqları. Sonra bütün Dağıstan, Gürcüstan, Şoragöl mahalı, İmeretiya, Quriya, Minqreliya və Abxaziya, eyni zamanda müəyyənləşdirilmiş sərhəd xətti ilə Qafqaz xətti arasında, bu sonuncu ilə Xəzər dənizi kənarındakı torpaqlar və xalqlar”.

Yəni İrəvan və Naxçıvan xanlıqlarından başqa Şimali Azərbaycanın digər əraziləri Rusiya işğalı altına düşdü. Gülüstan müqaviləsinin imzalanması ilə hüquqi status alan bu işğal Azərbaycan xalqının parçalanmasına yol açdı, bu işğal özü ilə yerli əhaliyə talanlar, dağıntılar, milli sıxıntılar, fərqli yaşayış normaları gətirirdi. Bunu isə xalq kütlələri qəbul etmədi. İşğala qarşı ümumxalq iradəsi formalaşdı və tezliklə bu iradə ruslara qarşı barışmaz mübarizəyə çevrildi. Bu üsyanların yerli xanların ətrafında baş verməsi onu göstərdi ki, xalq kütlələri öz milli hakimiyyətləri daxilində yaşamağa üstünlük verirlər. Lakin dağınıqlıq, lazımi hərbi potensialın olmaması səbəbindən bu üsyanlar gözlənilən nəticəni vermədi və Gülüstan müqaviləsinin imzalanması ilə Azərbaycan xalqı tarixinin “yeni mərhələ”sinə qədəm qoydu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA