Gürcüstan-Aİ Assosiasiya Şurası Qara dəniz elektrik kabeli layihəsini müzakirə edəcək
Tbilisi, 20 fevral, AZƏRTAC
Qara dəniz sualtı elektrik kabelinin çəkilməsi layihəsi Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının Brüsseldə keçiriləcək 8-ci iclasında müzakirə olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan və Avropa üçün yeni imkanlar açacaq fiber optik elektrik kabeli layihəsi faktiki olaraq təsdiqlənib.
“Biz artıq icranın texniki detalları, o cümlədən vəsaitlərin cəlb edilməsi və digər məsələlər barədə danışırıq”, - deyə nazir vurğulayıb.
O deyib ki, bu layihə Avropa və Qafqaz regionunda enerji təhlükəsizliyini gücləndirmək, bərpa olunan enerji sektorunu inkişaf etdirmək və tranzit imkanlarını artırmaq məqsədi daşıyır.
Avropa İttifaqı Qara dəniz sualtı kabel layihəsinə 2,3 milyard avro ayırmaq niyyətindədir. Dünya Bankı Qara dənizin dibinin təfərrüatlı tədqiqi üçün Gürcüstana əlavə 75 milyon dollar ayırmağa söz verib.
“Layihə reallaşarsa, min meqavat gücündə və 1195 kilometr uzunluğunda kabel (1,1 min kilometr sualtı və 95 kilometr yerüstü kabel) Gürcüstanı Şərqi Balkanlarla birləşdirəcək ki, bu da Cənubi Qafqaz və Avropaya çıxışa imkan verəcək” – deyə Levan Davitaşvili qeyd edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]