GÜRCÜSTAN AZƏRBAYCANA OLAN ENERJİ BORCUNUYAZIN ƏVVƏLİNDƏ QAYTARMAĞA BAŞLAYACAQ
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Gürcüstanın elektrik enerjisinə görə Azərbaycana olan köhnə borcunun üstünə bu ilin yanvarında Rusiyadan qonşu ölkəyə elektrik enerjisi ötürən xəttdə baş vermiş qəza ilə əlaqədar milli energetiklərimizin göstərdikləri köməyin hesabına yeni borclar da əlavə olunmuşdur. Bu il yanvarın 22-dən 31-dək Gürcüstana 4,138 milyon kilovat-saat enerji verilmişdir. Paralel rejimdə işləyən qonşu ölkənin energetikləri bu borcun 1,181 milyon kilovat-saatını artıq qaytarmışlar. 2,957 milyon kilovat-saat həcmində qalan borc isə yazın əvvəlində, Gürcüstanın su elektrik stansiyaları tam gücü ilə işləyəndə qaytarılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]