Gürcüstan əlavə olaraq 150 min doza “Astrazeneca” peyvəndi alacaq
Tbilisi, 12 fevral, AZƏRTAC
Gürcüstan koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaxın vaxtlarda əlavə olaraq 150 min doza “Astrazeneca” peyvəndi alacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.
Nazir deyib ki, məlum “COVAX” platforması çərçivəsində Gürcüstan “Astrazeneka” peyvəndinin əlavə 300 min dozasını alacaq. Hazırda istehsalçı ilə birbaşa danışıqlar davam edir və mart ayının birinci yarısında 150 min doza vaksin alınacaq. Bununla əlaqədar artıq tam razılıq əldə olunub.
Y.Tikaradze bildirib ki, Gürcüstan peyvəndin ilk dozasını fevralın sonuna qədər alacaq və bunun üçün artıq razılaşma imzalanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]