Gürcüstan ərazisi ilə yükdaşımaların həcmi artıb
Tbilisi, 12 fevral, AZƏRTAC
Keçən il Gürcüstan ərazisi ilə 42,9 milyon ton yük daşınıb. Bu da illik müqayisədə 0,6 milyon ton çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin illik hesabatında məlumat verilib.
Qeyd olunub ki, yüklərin böyük hissəsi - 31,8 milyon tonu avtomobil yolları ilə daşınıb. Ötən il Gürcüstanın dəmir yolları ilə 11,1 milyon ton yük nəql olunub ki, bu da 2019-cu ilin göstəricisindən 0,2 milyon ton çoxdur. Hava nəqliyyatı ilə daşınan yüklərin həcmi isə illik müqayisədə 5,3 milyon ton azalaraq 19,6 milyon ton təşkil edib.
Hesabat ilində Gürcüstanın Batumi və Poti limanlarında 490 min 370 ədəd TEU konteyneri emal olunub ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 157 min 446 ədəd azdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]