Gürcüstan müxalifəti kütləvi etiraz aksiyalarına hazırlaşır
Tbilisi, 4 iyun, AZƏRTAC
Gürcüstan müxalifəti iyunun 20-də mərkəzi Rustaveli prospektində, parlamentin binası önündə etiraz aksiyası keçirməkdə israrlıdır.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstanın “Stıdno” vətəndaş hərəkatının fəallarından olan Qiqi Makarşvili çıxış edib.
Onun sözlərinə görə, hökumət əleyhinə olan aksiyalar mütləq şəkildə baş tutacaq.
Q.Makarşvili deyib ki, aksiya iştirakçıları ara məsafəsi saxlamaqla, tibbi maska və infeksiya əleyhinə vasitələrlə təmin olunacaqlar.
“Aksiyaya hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasına müxalif olan bütün siyasi qüvvələr dəvət olunublar”, - deyə Makarşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]