GÜRCÜSTAN PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan Gürcüstan parlamenti sədrinin müavini Cemal İnaişvilinin başçılığı ilə nümayəndə heyəti fevralın 2-də Fəxri xiyabanda olmuşlar. Onlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Sonra qonaqlar görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.