Gürcüstan Polşadan zenit-raket kompleksi alacaq
Tbilisi, 15 yanvar, AZƏRTAC
Gürcüstan hökuməti ölkənin müdafiəsini gücləndirmək məqsədilə Polşadan yeni zenit-raket kompleksi alacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi Polşanın “MESKO S.A” şirkəti ilə müqavilə imzalayıb.
Nazirlikdən bildirilib ki, sənəd “Gürcüstan Müdafiə Qüvvələrinin İnkişafı” Proqramı çərçivəsində imzalanıb. Məqsəd Gürcüstan Silahlı Qüvvələrini NATO standartlarına cavab verən silahlarla təchiz etməkdir.
Nazir müavinin Polşa şirkətinin nümayəndəsi ilə görüşündə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə kömək edəcək NATO standartlarına uyğun müasir silahların Gürcüstanda tətbiqinin vacibliyi müzakirə olunub.
Qeyd edilir ki, “MESKO S.A” şirkəti silah istehsalında böyük təcrübəyə malikdir. Həmin şirkət NATO qoşunları üçün səlahiyyətli təchizatçıdır və onun məhsulları Polşa Silahlı Qüvvələri tərəfindən də istifadə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]