GÜRCÜSTAN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MİXAİL SAAKAŞVİLİYƏ
Hörmətli Mixail Nikolayeviç,
Milli bayram - Müstəqillik günü münasibətilə Azərbaycan xalqı və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.
Dövlətçiliyin getdikcə möhkəmləndirilməsi, demokratiyanın genişləndirilməsi, əsaslı sosial-iqtisadi islahatların aparılması yolunda dost Gürcüstanın uğurları bizi sevindirir.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin inkişafı və dərinləşməsi, transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində uğurlu qarşılıqlı fəaliyyət, regional və beynəlxalq qurumlarda fəal əməkdaşlıq və qarşılıqlı dəstək bundan sonra da ölkələrimizin və xalqlarımızın tərəqqisinə və rifahına, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına kömək edəcəkdir.
Əziz Mixail Nikolayeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Gürcüstanın qardaş xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti