Gürcüstan təbii qaz tələbatının 91,2 faizini Azərbaycandan alacaq
Tbilisi, 25 iyun, AZƏRTAC
Gürcüstanın cari il üçün təsdiq olunmuş təbii qaz balansında dəyişikliklər edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Davamlı İnkişaf və İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, yeni dəyişikliyə əsasən, Gürcüstanın təbii qaz balansı 2,56 milyard kubmetr olacaq. Gürcüstan bu qazın 2,33 milyard kubmetrini və ya 91,2 faizini Azərbaycandan alacaq. Bu həcmin 1,45 milyard kubmetri SOCAR-dan, 884,29 milyon kubmetri isə “Şahdəniz” yatağından alınacaq.
Gürcüstan bu il Rusiyadan 200 milyon kubmetr təbii qaz alacaq. Bu da ümumi tələbatın 7,8 faizini təşkil edəcək. Daha 11,2 milyon kubmetr (0,4 faiz) qaz isə ölkə daxilindəki yataqlardan əldə olunacaq.
Məlumat üçün qeyd edək ki, 2020-ci il üçün nəzərdə tutulmuş təbii qazın 1,67 milyard kubmetri sosial sahələrə yönəldiləcək. Bunun da 1,08 milyard kubmetri əhali qrupunun payına düşür.
Gürcüstanın əldə edəcəyi təbii qazın 590,7 milyon kubmetri ölkədəki İstilik Elektrik Stansiyalarına yönəldiləcək. Kommersiya məqsədləri üçün nəzərdə tutulmuş təbii qazın həcmi 853 milyon kubmetrdir. Daha 30,2 milyon kubmetr isə qazın nəqli, paylanması zamanı itkilərə hesablanıb.
Xətayi Əzizov
AZƏRTC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]