Gürcüstan və Çin Orta Dəhlizin inkişafı ilə bağlı saziş imzalayıb
Tbilisi, 13 sentyabr, AZƏRTAC
Gürcüstan və Çin Orta Dəhlizin inkişafına dəstəklə bağlı saziş imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənədi Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Çinin İnkişaf və İslahatlar üzrə Milli Komissiyasının sədri Çao Çensin imzalayıblar.
Levan Davitaşvili jurnalistlərə açıqlamasında bildirib ki, bu sənəd Gürcüstan ilə Çin arasında daha sıx iqtisadi münasibətlər yaratmağa, eləcə də əlavə investisiyaların cəlb olunmasına imkan verəcək. Gürcüstandan Çinə ixracın səviyyəsi də artacaq.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun da tərkib hissəsi olduğu Orta Dəhliz Çin, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyədən keçməklə Avropayadək uzanır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]