Gürcüstan xəstəxanalarında sıxlıq yaranıb
Tbilisi, 7 noyabr, AZƏRTAC
Hazırda Gürcüstan xəstəxanalarında çarpayı fondu ilə bağlı müəyyən çətinliklər yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Maya Tsikitişvili bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu çətinlik təbii olsa da, çarpayıların vaxtında boşaldılması çox vacib və zəruridir.
M.Tskitişvili xəstəxanaya yerləşdirmə nisbətinin 30 faiz təşkil etdiyini qeyd edib.
Baş nazirin müavini əlavə edib ki, növbəti həftələrdə koronavirusa yoluxma hallarında kəskin artımın olacağı ilə bağlı böyük ehtimal var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]