Gürcüstanda bəzi qadağalar yenidən tətbiq olunur
Tbilisi, 16 iyul, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Gürcüstan hökuməti bəzi qadağaları yenidən tətbiq edəcək.
Ölkədə korporativ yığıncaqlar qadağan edilir, konfranslar, idman turnirlərinin keçirilməsi qaydaları tənzimlənir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq Gürcüstan hökumətinin təcrid və karantin qaydalarının təsdiqlənməsi haqqında 2020-ci il 23 may tarixli qərarına dəyişikliklər edilib. Baş nazir artıq bu dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən, təlimlərdə, konfranslarda, seminarlarda iştiraka yalnız PCR testləri əsasında icazə veriləcək.
Bundan əlavə, təşkilati formasından və məkanından asılı olmayaraq korporativ yığıncaqlar qadağan edilir.
Həmçinin 18 yaşadək yeniyetmələrin idman turnirləri və məşq sessiyalarında iştirakına PCR test əsasında icazə veriləcəkdir.
Yeni qadağalar iyulun 19-dan qüvvəyə minəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]