Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur, restoran və bazarlar açılır
Tbilisi, 4 fevral, AZƏRTAC
Gürcüstan hökuməti koronavirusun yayılmasının qarısını almaq məqsədilə tətbiq etdiyi bəzi məhdudiyyətlərin bir qismini ləğv edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya hökumətin bu gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, fevralın 8-dən etibarən Gürcüstanda bələdiyyə nəqliyyatı fəaliyyətini bərpa edəcək. Bu qərar Tbilisi, Rustavi və Kutaisi şəhərlərini də əhatə edəcək.
Hökumətin qərarına əsasən, metronun işi bərpa olunacaq, avtobus və mikroavtobuslar xəttə buraxılacaq. Eyni zamanda, bazarlar da tam olaraq işlək vəziyyətə gətiriləcək.
Fevralın 15-dən etibarən yemək məkanları və restoranlar açıq məkanda fəaliyyətini bərpa edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]