Gürcüstanda koronavirusa yoluxma və ölüm halları üzrə yeni antirekord qeydə alınıb
Tbilisi, 8 noyabr, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm üzrə yeni antirekord qeydə alınıb. Son sutkada 2 901 nəfərdə koronavirusa yoluxma təsdiq olunub, 2 799 nəfər müalicə olunaraq sağalıb, 34 pasiyent isə pandemiyanın qurbanı olub.
AZƏRTAC verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.
Bildirilib ki, bununla da Gürcüstanda COVID-19-a yoluxanların ümumi sayı 57 753-ə çatıb. Onların 42 572-si sağalıb, 475-i isə ölüb.
Qeyd olunub ki, hazırda 2 964 nəfər karantin zonalarında, 4691 nəfər stasionar nəzarətdə saxlanılır. Daha 2 879 asimptomatik xəstə isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]