Gürcüstanda un idxalına tətbiq olunan rüsum artırılıb
Tbilisi, 11 oktyabr, AZƏRTAC
Gürcüstan Hökumətinin qərarına əsasən, oktyabrın 11-dən unun bir tonu üçün idxal rüsumu 50 lari (təxminən 19 ABŞ dolları) artırılıb, kəpək və arpaya isə 100 lari idxal vergisinin tətbiqinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Tengiz Nasaridze deyib.
Onun sözlərinə görə, bir ton unun idxalı üçün dövlət rüsumu 200 lari əvəzinə 250 lari təşkil edəcək. Bu qərar yerli istehsalçılara yetişdirdikləri buğdanı satmaqda böyük kömək göstərəcək.
Nazir müavini bildirib ki, ölkədə kifayət qədər un ehtiyatı olduğundan unun idxal rüsumunun artırılması çörəyin qiymətinə heç bir şəkildə təsir etməyəcək.
İdxal rüsumuna edilən dəyişiklik 2024-cü ilin mart ayınadək qüvvədə olacaq, lakin hər hansı müdaxiləyə ehtiyac olarsa, prosesə uyğun qərar veriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]