Gürcüstanda yaşayan azərbaycanlı Avropa çempionatının qalibi olub
Tbilisi, 16 noyabr, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonundan olan idmançı Emil Xəlilov Türkiyənin Antalya şəhərində keçirilən “Wako kikboksinq” üzrə Avropa çempionatında böyük uğur qazanıb.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı idmançı çempionatın ilk mərhələsində rəqiblərini məğlub edərək növbəti mərhələyə lisenziya qazanıb.
“Beynəlxalq İdman Sənətləri Assosiasiyası”nın Gürcüstan nümayəndəliyinin rəhbəri Tofiq Əkbərov deyib edib ki, Gürcüstan tarixində ilk dəfədir ki, bir azərbaycanlı kikboksinq üzrə Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.
“Emil Xəlilov 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək “III Avropa Oyunları” yarışına lisenziya qazandı. Bu, böyük uğurdur və bu yarışdan sonra əsas hədəf 2024-də Fransada keçiriləcək Olimpiya oyunlarıdır”, - deyə T.Əkbərov vurğulayıb.
Qeyd edək ki, Emil Xəlilov Qardabanidə fəaliyyət göstərən “Qaracalar” idman klubunun yetirməsidir. O, bu günədək bir sıra xarici ölkələrdə yarışlarda iştirak edib və uğurlar qazanıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]