GÜRCÜSTANIN BAŞ NAZİRİ AZƏRBAYCAN PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Qarşılıqlı anlaşma və səmimilik şəraitində keçən görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafı, qlobal layihələrin gerçəkləşməsi, Gürcüstanda yaşayan azərbaycanlıların problemləri və digər məsələlər müzakirə olunmuşdur.
Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizin Gürcüstandakı səfirliyi üçün indiyədək bina ayrılmamasını Baş nazirin diqqətinə çatdırmışdır.
Azərbaycanın Gürcüstandakı müvəqqəti işlər vəkili Surxay Əliyev görüşdə iştirak etmişdir.