Gürcüstanın Baş naziri və Aİ Şurasının Prezidenti regiondakı vəziyyəti müzakirə ediblər
Tbilisi, 21 fevral, AZƏRTAC
Brüsseldə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb. Görüşdə Gürcüstan ilə Aİ arasında münasibətlər, əməkdaşlığın gələcək perspektivləri diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyası məlumat yayıb.
Tərəflər Gürcüstanın işğal olunmuş ərazilərindəki mövcud vəziyyəti müzakirə ediblər. Baş nazir Aİ-yə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyinə görə təşəkkür edib və Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həlli prosesində Avropa İttifaqının daha fəal iştirakının zəruriliyini qeyd edib.
Görüşdə Cənubi Qafqaz regionunda və dünyada baş verən proseslər, təhlükəsizlik mühiti, mövcud çağırışlar, davamlı sülhün bərqərar olması üçün atılacaq vacib addımlar diqqət mərkəzində olub.
Bildirilib ki, tərəflər Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini və Gürcüstanın bu yolda həyata keçirəcəyi islahatların gündəliyini müzakirə ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]