Gürcüstanın dövlət qurumlarının bir qismi bu gündən distant iş rejiminə keçib
Tbilisi, 13 mart, AZƏRTAC
Gürcüstanın bir çox dövlət qurumları martın 13-dən müvəqqəti olaraq distant iş rejiminə keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Baş Nazir Giorgi Qaxarianın rəhbərliyi ilə keçirilən hökumətin iclasında qəbul olunub.
Baş Nazir deyib ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bir sıra vacib addımlar atılır. Distant iş rejiminə keçid barədə özəl sektorun rəhbərlərinə də tövsiyələr verilib.
“Bu cür iş rejimi işçilərin əməkhaqlarının azalmasına səbəb ola bilməz”, - deyə, Baş Nazir vurğulayıb.
Qeyd edək ki, koronavirusla əlaqədar olaraq hökumət 24 saatlıq iş rejiminə keçib və distant iş rejimi nazir və nazir müavinlərinə şamil edilmir.
Xatırladaq ki, bu gün Gürcüstanda koronavirusa yoluxma ilə bağlı 25 fakt qeydə alınıb, 295 nəfər karantin nəzarətindədir, daha 49 nəfər stasionar həkim nəzarətindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]