Gürcüstanın xarici ticarət dövriyyəsi 3 faiz artıb
Tbilisi, 13 sentyabr, AZƏRTAC
Gürcüstanın xarici ticarət dövriyyəsi 2024-cü ilin yanvar-avqust aylarında 14,7 milyard dollar təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, hesabat dövründə xarici ticarətdə idxalın həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 10,5 milyard dollar olub. İxracın həcmi isə 2023-cü ilin səkkiz ayı ilə müqayisədə 2,4 faiz artaraq 4,2 milyard dollara çatıb. Gürcüstanın mənfi ticarət saldosu 6,4 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 3,8 faiz çoxdur.
Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]