Gürcüstanlı MMA döyüşçüsü: Nazim Sadıxov üçün oktaqonda sürpriz hazırlamışıq



Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycanda olduğuma görə çox xoşbəxtəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC gecəsində ulduz qonaq qismində iştirak edəcək gürcüstanlı MMA döyüşçüsü Merab Dvalişvili jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan və Gürcüstan dövlətləri arasında yaxşı dostluq münasibətlərinin olduğunu bildirib: "Həqiqətən də Bakı möhtəşəmdir. Yeməkləriniz inanılmazdır. Burada hər kəs mənimlə xoş davranır".
Ulduz qonaq azərbaycanlı Nazim Sadıxovla dost olduğunu vurğulayıb: "Onunla birgə Nyu-Yorkda məşq etmişik. Turnirdən öncə Las-Veqasda hazırlıq keçirdik. Nazim üçün oktaqonda sürpriz hazırlamışıq. Bunu indi açıqlamaq istəmirəm. UFC tədbiri Azərbaycan üçün çox önəmlidir. İstərdim ki, bu yarış Gürcüstanda da təşkil olunsun. Buna görə şanslısınız. Bütün azərbaycanlı idmançılara döyüş gecəsində uğurlar arzulayıram".
Qeyd edək ki, döyüş gecəsi iyunun 21-də Bakı Kristal Zalında təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [15:01]
Premyer Liqaya yüksələn klub qapıçısı ilə yeni müqavilə imzalayıb
- 10.07.2025 [13:05]
Aslan Kərimov: “Selye” məğlub edilməyəcək rəqib deyil
- 10.07.2025 [12:59]
“Ayaks” İngiltərə millisinin üzvü ilə yollarını ayırıb
- 10.07.2025 [12:34]
Azərbaycan millisinin FIFA reytinqində yeni mövqeyi bəlli olub
- 10.07.2025 [12:13]