REGİONLAR
Hacıqabulda baş verən qəzada ölənlərin sayı iki nəfərə çatıb - YENİLƏNİB VİDEO




Hacıqabul, 20 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabulda yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı iki nəfər ölüb və iki nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul rayonu ərazisində qeydə alınıb. 99-DS-748 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, digər ağır yaralı Əliyar Şirəliyev isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Xəsarət alan 2 nəfər Şirəliyev Rafail Əlzamin oğlu və Abışov Pənah Şamo oğlu isə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
21:44
Hacıqabulda yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı bir nəfər ölüb və üç nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul rayonu ərazisində qeydə alınıb. 99-DS-748 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobil idarə etmədən çıxaraq aşıb. Hadisə zamanı bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.