HADİSƏ YERİNDƏN QAÇMIŞ CİNAYƏTKARIN TUTULMASI ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nərimanov rayonu ərazisində, “Atatürk” parkının qarşısında, Nərimanov Rayon Polis İdarəsi 16-cı bölməsinin əməkdaşı, polis baş leytenantı Hüseyn Əsədov tanışı Tural Bayraməliyev ilə şəxsi münasibətlər zəminində mübahisə etmişlər. Qəzəblənmiş Tural ov tüfəngindən 2 dəfə atəş açmış və “BMW” markalı avtomaşına əyləşərək hadisə yerindən qaçmışdır. T.Bayraməliyevin tutulması üçün müvafiq tədbirlər görülür.
Quba rayonunun Gədik kəndində isə Sədrəddin Əhmədov münaqişə zəminində qardaşı Nəcməddinə dəryazla xəsarət yetirmişdir. N.Əhmədov xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Hər iki faktla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]