Haitidə məhbusların kütləvi şəkildə qaçması zamanı 10 nəfər həlak olub
Bakı, 4 mart, AZƏRTAC
Haitinin Port-o-Prens şəhərindəki həbsxanadan bir neçə min məhbusun qaçması zamanı azı 10 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Həbsxananın ətrafına baş çəkmiş agentliyin müxbiri güllə yaraları olan 10-a yaxın meyiti görüb.
Bundan əvvəl silahlı qrupların üzvləri ölkənin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək orada saxlanılan bir neçə yüz məhbusu azad ediblər.
Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə prezident Jovenel Moisenin öldürülməsindən, həmin ilin avqustunda baş verən və 2200-dən çox insanın öldüyü zəlzələdən sonra pisləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]