HANS YURGEN GEDE: BİZ GÜCLÜ KLUB YARATMAQ NİYYƏTİNDƏYİK
AZƏRTAC xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Hans Yurgen Gede klubda baş verən son hadisələr, aparıcı oyunçuların “Neftçi”dən kənarlaşdırılması barədə oktyabrın 30-da keçirdiyi mətbuat konfransında danışmışdır.
Almaniyalı mütəxəssis hələ “Neftçi”yə baş məşqçi təyin olunmamışdan qabaq klubda problemlərin mövcud olduğunu söyləmişdir. O demişdir ki, mən kluba gələndən sonra da bu problemlər azalmadı.
H.Y.Gede “ Neftçi”nin son uğursuzluğunu bir neçə oyunçunun işə ciddi yanaşmaması ilə əlaqələndirmişdir: Bəzi oyunçular öz işlərinə həvəslə yanaşmırlar. Ona görə onları uzaqlaşdırmağı qərar verdim. Bu çox çətin qərar idi. Əfsuslar olsun ki, hətda təcrübəli futbolçular ümidləri doğrultmadılar.
Bununla belə gənc oyunçularla irəli getməyə çətin olacağını deyən H.Y.Gede klubun gücləndirilməsinə diqqətin artırılacağını demişdir. “Mənə “Neftçi”də işləmək xoşdur. Lakin gənc oyunçularla irəli getmək mümkün deyil. Gələn oyunlarda boşluqları yeni futbolçularla dolduracağıq. Biz güclü bir klub yaratmaq niyyətindəyik.”
Xatırladaq ki, son uğursuzluqlardan sonra Georgi Adamiya, Rəşad Sadıqov, Aleksandr Çertoqanov, Levent Qartop və Elnur Allahverdiyev “Neftçi”nin heyətindən uzaqlaşdırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]