Haramı düzündə qanunsuz ov edənlər cərimələndilər
Bakı, 19 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Sərvətlər Nazirliyi tərəfindən noyabrın 17-18-də qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə keçirilmiş reydlərin nəticələri açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı Füzuli rayonunun Qarabağ kəndi ərazisində, Haramı düzündə ov edən Əhmədbəyli kənd sakini Arif Əliyev və Yuxarı Dilağarda kənd sakini Elnur Zülfüqarov saxlanılıb. Onlardan 2 ov tüfəngi, 4 patron götürülərək qanun pozucuları barəsində akt və protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimə edilib.
Balakən rayonunun İsaqlıgirmə kəndi ərazisində isə ovla məşğul olan kənd sakini Qurban Salamanovdan 1 ov tüfəngi, 2 patron götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Türyançay Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı qanunsuz ov edən Ağdaş rayonu Ərəbocaq kənd sakini Mayıl Məmmədov saxlanılıb. Ondan 1 ov tüfəngi, 4 patron götürülərək barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib olunub və qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində isə ovla məşğul olan Masallı rayonunun Qızılavar kənd sakini İntiqam Fətullayev saxlanılıb. Ondan 1 ov tüfəngi, 14 patron və adı “Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş 2 turac quşu aktlaşdırılaraq götürülüb. Təbiətə 1980 manat məbləğində ziyan dəydiyi müəyyən edilərək vətəndaşın əməlində cinayət tərkibi olduğu üçün sənədlər aidiyyəti üzrə hüquq mühafizə orqanına göndərilib.
Reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]